Azərbaycan bu il polipropilen ixracını 56 % artırıb

Energetika
  • 17 oktyabr, 2023
  • 09:17
Azərbaycan bu il polipropilen ixracını 56 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 81 min 869,75 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 89 milyon 759,91 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 56 % 23,9 % çoxdur.

Polipropilenin ölkənin qeyri-neft sektoru üzrə ixracında payı 3,69 %, ümumi ixracda payı isə 0,34 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.