Azərbaycan bu il polipropilen ixracını 43 % artırıb

Energetika
  • 16 noyabr, 2023
  • 12:26
Azərbaycan bu il polipropilen ixracını 43 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 86 min 869,75 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 94 milyon 710,82 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 10 ayı ilə müqayisədə həcm baxımından 42,9 %, dəyər baxımından 16,4 % çoxdur.

Polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,49 %, ilkin formalarda polipropilenin ölkənin ümumi ixracında payı isə 0,32 % olub.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti