Azərbaycan bu il 30 milyon dollarlıq metanol ixrac edib

Azərbaycan bu il 30 milyon dollarlıq metanol ixrac edib Bu ilin yanvar-avqust aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən 301,2 min ton metanol (metil spirti) ixrac edib.
Energetika
14 Sentyabr , 2020 17:07
Azərbaycan bu il 30 milyon dollarlıq metanol ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 301,2 min ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 30,1 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə metanolun qeyri-neft sektoru ixracında payı 2,6% olub.

Metanol istehsalı Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. Zavod 2013-cü ildə istismara verilib, 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi