Azərbaycan Böyük Britaniya ilə Hökumətlərarası Komissiyanın iclasına hazırlığı müzakirə edib

Azərbaycan Böyük Britaniya ilə Hökumətlərarası Komissiyanın iclasına hazırlığı müzakirə edib ​​​​​​​Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Energetika
10 aprel 2025 16:54
Azərbaycan Böyük Britaniya ilə Hökumətlərarası Komissiyanın iclasına hazırlığı müzakirə edib

Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O bildirib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.

“Görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, “yaşıl enerji” üzrə interkonnektor layihələri, hidrogen strategiyası, həmçinin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın VI iclası 2023-cü ilin dekabrında Bakıda keçirilib. Azərbaycan tərəfindən komissiyaya energetika naziri Pərviz Şahbazov həmsədrlik edib.

Son xəbərlər

Orphus sistemi