Azərbaycan BƏƏ ilə ölkənin enerji sektorunda hərtərəfli əməkdaşlığı müzakirə edir

Azərbaycan BƏƏ ilə ölkənin enerji sektorunda hərtərəfli əməkdaşlığı müzakirə edir Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkənin enerji sektorunda daha geniş və hərtərəfli iştirakı ilə bağlı fəal müzakirələr aparır.
Energetika
20 May , 2022 13:02
Azərbaycan BƏƏ ilə ölkənin enerji sektorunda hərtərəfli əməkdaşlığı müzakirə edir
Pərviz Şahbazov

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkənin enerji sektorunda daha geniş və hərtərəfli iştirakı ilə bağlı fəal müzakirələr aparır.

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Emirates News Agency”yə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın BƏƏ ilə birlikdə həyata keçirməli olduğu çox iddialı planları var: “Hər iki ölkənin rəhbərliyi arasında yaxşı münasibətləri nəzərə alaraq, biz daha da sıx əməkdaşlıq qurmaq istəyirik. Əminəm ki, qarşıdakı illərdə enerji sektorunda bizim çox əhatəli əməkdaşlığımız olacaq”.

Nazir bildirib ki, BƏƏ-nin ölkə daxilində və xaricdə davamlı inkişaf üçün maliyyələşdirmə vasitəsi olan Abu-Dabi İnkişaf Fondu 230 meqavat gücündə Qaradağ Günəş Fotovoltaik Elektrik Stansiyası layihəsinin əsas maliyyə tərəfdaşıdır: “Bu fondun səylərində Azərbaycana bərpa olunan enerji hədəflərinə nail olmaq üçün dəstəyi davam etdirməyi hədəfləyir. Biz BƏƏ ilə bu uğurlu əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindəyik. 2030-cu ilə qədər ölkənin enerji kompleksində bərpa olunan enerjinin payını 30 %-ə çatdırmağı düşünürük. Lakin bu, həm də son məqsəd deyil. Əminəm ki, biz növbəti illərdə bu hədəfə yenidən baxacağıq və bəlkə də onu təkmilləşdirəcəyik”.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına görə, Azərbaycanda günəş enerjisi potensialı 23 040 meqavat qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi