Azərbaycan ABŞ-la qaz və “yaşıl enerji” infrastrukturu layihələrini müzakirə edib

Azərbaycan ABŞ-la qaz və “yaşıl enerji” infrastrukturu layihələrini müzakirə edib Azərbaycanın ABŞ-la qaz və “yaşıl enerji” infrastrukturu layihələrinin inkişafı müzakirə edilib.
Energetika
31 May , 2023 18:26
Azərbaycan ABŞ-la qaz və “yaşıl enerji” infrastrukturu layihələrini müzakirə edib

Azərbaycanın ABŞ-la qaz və “yaşıl enerji” infrastrukturu layihələrinin inkişafı müzakirə edilib.

Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.

Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb.

Görüşdə Birləşmiş Ştatların Azərbaycanın enerji layihələrinə davamlı dəstəyi yüksək qiymətləndirilib. Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində həlli zəruri proseslər və əlavə tədarükün mənbələri ilə bağlı fikir mübadiləsi aparılıb. Təbii qazın enerji keçidində mühüm yanacaq olduğu və bərpa olunan enerji mənbələrinin inkişafını dəstəklədiyi qeyd edilib. Eyni zamanda Xəzərdən “yaşıl enerji” istehsalını və bu enerjinin Avropaya Gürcüstandan keçməklə Qara dəniz və Naxçıvan üzərindən Türkiyə vasitəsilə ixracı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Söhbət zamanı Azərbaycanda hidrogenin istehsalı və ixracı ilə bağlı imkanlar, bu aspektdə EBRD-nin dəstəyi ilə aparılan bazar araşdırmasının nəticələri, həmçinin metan emissiyalarının azaldılması ilə bağlı birgə əməkdaşlıq məsələlələri nəzərdən keçirilib.

17:13

Azərbaycan ABŞ-la Cənub Qaz Dəhlizi, hidrogen də daxil olmaqla "yaşıl enerji" layihələrinin inkişafı, metan emissiyalarının azaldılmasına dair fikir mübadiləsi aparıb.

"Report" xəbər verir ki, bu məsələlərin müzakirəsi energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla Enerji Həftəsi çərçivəsində keçirtdiyi görüşdə aparılıb.

P. Şahbazov bu barədə özünün tviter hesabında yazıb.

Son xəbərlər

Orphus sistemi