Azərbaycan ABŞ ilə enerji sahəsində mümkün tərəfdaşlıq formalarını müzakirə edib - YENİLƏNİB
Azərbaycan ABŞ ilə enerji sahəsində mümkün tərəfdaşlıq formalarını müzakirə edib - YENİLƏNİBAzərbaycan-ABŞ enerji tərəfdaşlığı “yaşıl enerji” dəhlizlərinin inkişafı müstəvisində dəyərləndirilib
Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə görüşüb.
Azərbaycan ABŞ ilə ikitərəfli enerji əməkdaşlığının yeni mərhələdə inkişafı, təbii qaz və “yaşıl enerji”nin tədarükü, həmçinin COP29-la bağlı məsələləri müzakirə edib.
"Report" xəbər verir ki, bu müzakirələr Vaşinqtonda səfərdə olan energetika naziri Pərviz Şahbazov ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə keçirilən görüşdə aparılıb.
Söhbət zamanı enerji saxlanc sistemləri, emissiyaların azaldılması və Azərbaycanın COP çərçivəsində təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, mümkün tərəfdaşlıq formaları nəzərdən keçirilib.
Azərbaycanın ənənəvi enerji təchizatçısı kimi həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, eləcə də “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” “yaşıl enerji” dəhlizlərinin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu dəhlizlərin əhəmiyyəti regionlararası inteqrasiya, enerji təhlükəsizliyi və enerji keçidi aspektində dəyərləndirilib.
Həmçinin COP29-a sədrlik edən ölkə kimi Azərbaycanın bərpa olunan enerji və enerji keçidi istiqamətlərində gördüyü tədbirlərdən, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səylərindən danışılıb. 2027-ci ilədək 2 QVt “yaşıl enerji” istehsal güclərinin enerji sisteminə inteqrasiyası nəticəsində qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 33%-ə çatacağı qeyd edilib. Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası, azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsinin “yaşıl enerji” keçidini təşviq etdiyi qeyd edilib.
10:35
Azərbaycan-ABŞ enerji tərəfdaşlığı “yaşıl enerji” dəhlizlərinin inkişafı müstəvisində dəyərləndirilib.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Vaşinqtonda ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə müasir çağırışlara uyğun ikitərəfli enerji əməkdaşlığı gündəliyimizi yeniləyən müzakirələrimiz oldu. Azərbaycan-ABŞ enerji tərəfdaşlığını “yaşıl enerji” dəhlizlərinin inkişafı müstəvisində dəyərləndirdik”, - deyə nazir bildirib.
Vaşinqtonda ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə müasir çağırışlara uyğun ikitərəfli enerji əməkdaşlığı gündəliyimizi yeniləyən müzakirələrimiz oldu. Azərbaycan -ABŞ enerji tərəfdaşlığını #YaşılEnerji dəhlizlərinin inkişafı müstəvisində dəyərləndirdik. pic.twitter.com/Y7ZekrSWPO