Azər Məmmədov: “Azərbaycan qazlaşma səviyyəsinə görə dünyada birincidir”

Azər Məmmədov: “Azərbaycan qazlaşma səviyyəsinə görə dünyada birincidir” Hazırda Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə yaxınlaşır ki, bu da dünyada bir nömrəli göstəricidir.
Energetika
18 Sentyabr , 2024 15:06
Azər Məmmədov: “Azərbaycan qazlaşma səviyyəsinə görə dünyada birincidir”
Azər Məmmədov

Hazırda Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə yaxınlaşır ki, bu da dünyada bir nömrəli göstəricidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Bakıda keçirilən I Beynəlxalq “Caspian Gas İndustry Forum”da bildirib.

"Azərbaycan bu baxımdan Niderland, Gürcüstan, İtaliya kimi ölkələri üstələyir”, - deyə o qeyd edib.

"Bu gün "Azəriqaz”ın qazpaylayıcı şəbəkəsinin ümumi uzunluğu 73 min kilometrdən çox, qurumun abonentlərinin sayı 2 milyon 600 minə yaxındır. Ölkədə qazlaşma sürətlə davam edir. “Azəriqaz”ın əsas problemlərindən biri köhnəlmiş infrastrukturdur. Bu gün bəzi boru xətlərinin yaşı 70 ildən artıqdır. Təbii ki, bu boru xəttini dəyişmək lazımdır, amma o işləyə də bilər”, - deyə A.Məmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi