Avropa Komissiyası: "Şahdəniz" qazının tədarükünün artırılmasının tərəfdarıyıq"

Avropa Komissiyası: "Şahdəniz" qazının tədarükünün artırılmasının tərəfdarıyıq" "Biz gələcəkdə Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsinin, "Şahdəniz" yatağından hasil edilən təbii qazın tədarükünün artırılmasının tərəfdarıyıq".
Energetika
4 Fevral , 2022 17:16
Avropa Komissiyası: Şahdəniz qazının tədarükünün artırılmasının tərəfdarıyıq
Kadri Simson

"Biz gələcəkdə Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsinin, "Şahdəniz" yatağından hasil edilən təbii qazın tədarükünün artırılmasının tərəfdarıyıq".

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson bu gün Bakıda keçirilmiş CQD Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısından sonra təşkil edilmiş mətbuat konfrasında bildirib.

"Bizim Azərbaycanla münasibətlərimiz yaxındır. Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır. CQD Cənub Şərqi Avropa regionunun qazla etibarlı təchizatında böyük rol oynayacaq. Hazırda enerji bazarında qiymət artımı var. Bu baxımdan da hesab edirəm ki, CQD Avropanın məhz bu hissəsinin enerji təchizatı üçün mühümdür", - deyə o, qeyd edib.

Avropalı qonaq həmçinin dekarbonizasiya ilə bağlı müəyyən işlər görüləcəyini deyib.

"Biz ənənəvi enerji mənbələrdən istifadə etməklə metan emissiyalarının azaldılması istiqamətində addımlar atacağıq. Bilirik ki, Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin ölkədir və biz bu sahədə də Azərbaycan a dəstək vemrəyə hazırıq. Əminliklə deyə bilərəm ki, bu istiqamətdə Azərbaycanla apardığımız müzakirələrdən razı qaldım", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi