Avropa Komissiyası OPEC-in neft hasilatını artırmaqla bağlı qərarını alqışlayır

Energetika
  • 03 iyun, 2022
  • 01:18
Avropa Komissiyası OPEC-in neft hasilatını artırmaqla bağlı qərarını alqışlayır

Avropa Komissiyası OPEC-ın iyul və avqust aylarında neft hasilatını artırmaq qərarını alqışlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Varşavada mətbuat konfransında çıxış edən bildirib.

"OPEC-in neft hasilatını artırmaq qərarını alqışlayıram. Bu, qiymət sabitliyinə töhfə verəcək", - o deyib.

Qeyd edək ki, iyunun 2-də OPEC+ ölkələri iyul və avqust aylarında neft hasilatını sutkada 648 min barel artırmaq barədə razılığa gəliblər. Alyansın üzvləri sentyabr ayı hasilat kvotasını iyul və avqust ayları üçün bərabər bölüşdürmək qərarına gəliblər.