Apreldə Azərbaycanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Apreldə Azərbaycanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb Bu ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd 022,9 mln kVt/saat olub
Energetika
24 May , 2021 13:13
Apreldə Azərbaycanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Bu ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 99,4 mln kVt/saat artaraq 2 mlrd 022,9 mln kVt/saat olub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu gün elektrik enerjisinə dair açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı 8 mlrd 947,8 mln kVt/saat olub. Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Eelktrik Stansiyalarında (İES) 46,5 mln kVt/saat azalaraq 8 mlrd 388,7 mln kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 98,6 mln kVt/saat artaraq 440,4 mln kVt/saat digər mənbələr (Külək Elektrik Enerjisi Stasiyaları, (KES), Hidro Elektrik Stansiyaları (GES) və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTYZ) üzrə isə 1 mln kVt/st azalaraq 118,7 mln kVt/saat olub.

Bu dövrdə külək elektrik stansiyalarında 31,12 mln kVt/saat, günəş elektrik stansiyalarında 14,2 mln kVt/saat, bərk məişət tullantılarının yandırılması zavodunda 73,42 mln kVt/saat elektrik enerjisi istehsal edilib.

4 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 mlrd 050,5 mln kVt/saat (İES-lərdə 7 mlrd 655,7 mln kVt/saat, SES-lərdə 394,8 mln kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 115,9 mln kVt/saat (İES-lərdə 62,7 mln kVt/saat, SES-lərdə 40,2 mln kVt/saat, GES-də 13 mln kVt/saat), müstəqil elektrik stansiyaları üzrə 758,9 mln kVt/saat, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 22,5 mln kVt/saat təşkil edib.

Son xəbərlər

Orphus sistemi