Alparslan Bayraktar: "Bakıda imzalanan sənədlərin iki qardaş ölkə üçün əlverişli olmasını arzulayıram"

Alparslan Bayraktar: "Bakıda imzalanan sənədlərin iki qardaş ölkə üçün əlverişli olmasını arzulayıram" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ürkiyənin dövlət neft-qaz şirkəti - BOTAŞ arasında imzalanmış dörd sazişə əsasən, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql olunacaq.
Energetika
4 İyun , 2024 11:56
Alparslan Bayraktar: Bakıda imzalanan sənədlərin iki qardaş ölkə üçün əlverişli olmasını arzulayıram

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti - BOTAŞ arasında imzalanmış 4 sazişə əsasən, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql olunacaq.

“Report” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Həmçinin BOTAŞ və AGSC (Azerbaijan Gas Supply Company - red.) arasında Azərbaycan qazının tədarükünün 2023-cü ilin sonuna qədər uzadılmasına dair saziş imzalanıb. İmzalanan sənədlərin iki qardaş ölkə üçün əlverişli olmasını arzulayıram”, - paylaşımda vurğulanıb.

Bundan əlavə, A.Bayraktar Türkmənistan qazının Türkiyəyə tədarükü ilə bağlı sənədin imzalandığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi