Alparslan Bayraktar: "Bakı və Ankara Bolqarıstana qaz nəqlinin artırılmasında əməkdaşlıq edə bilərlər"

Alparslan Bayraktar: "Bakı və Ankara Bolqarıstana qaz nəqlinin artırılmasında əməkdaşlıq edə bilərlər" Ankara Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstana qaz nəqlinin artırılmasına dair əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
Energetika
16 İyul , 2024 17:12
Alparslan Bayraktar: Bakı və Ankara Bolqarıstana qaz nəqlinin artırılmasında əməkdaşlıq edə bilərlər

Ankara Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Bolqarıstana qaz nəqlinin artırılmasına dair əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "Bloomberg" agentliyinə müsahibəsində deyib.

“Türkiyə Avropa İttifaqına daha çox təbii qaz satmağa hazırdır. Lakin lazımi infrastruktur investisiyalarını əsaslandırmaq üçün uzunmüddətli öhdəliklərə ehtiyacı var. Bizə lazım olan Türkiyə-Bolqarıstan şəbəkələrarası gücün artırılmasıdır ki, hazırda Türkiyə tərəfinin texniki cəhətdən təmin edə biləcəyi ildə 7 milyard kubmetr qazın yalnız yarısını ödəyə bilir”, - o bildirib.

A.Bayraktar əlavə edib ki, Türkiyə-Bolqarıstan interkonnektoru vasitəsilə Avropaya qaz tədarükünü ildə 10 milyard kubmetrə çatdırmaq üçün Ankara SOCAR-la işləyə bilər.

Nazir, həmçinin Rusiyanın “mavi yanacağı”nı əvəz etmək üçün Avropaya alternativ qaz tədarükü ilə bağlı hazırda nəzərdən keçirilən ssenariləri “mürəkkəb” adlandırıb.

Son xəbərlər

Orphus sistemi