Almaniya Azərbaycandan neft idxalını 13 %-dən çox artırıb

Energetika
  • 21 may, 2025
  • 17:13
Almaniya Azərbaycandan neft idxalını 13 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Almaniyaya 500 min 001,1 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 276 milyon 544,8 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunmuş neftin həcmi 13,4 % artıb, dəyəri isə 5,9 % azalıb.

4 ay ərzində Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 6,1 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyon 203 min 845,45 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bunun dəyəri 4 milyard 562 milyon 682,5 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti