Aİ ölkələri Azərbaycandan neft alışına 8,4 milyard avrodan çox vəsait yönəldib

Energetika
  • 10 yanvar, 2025
  • 11:26
Aİ ölkələri Azərbaycandan neft alışına 8,4 milyard avrodan çox vəsait yönəldib

Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 13 milyon 910,934 min ton neft idxal edib.

Bu barədə “Report”a Avropa İttifaqının Statistika İdarəsindən (“Eurostat”) məlumat verilib.

Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 20,1 % azdır.

Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə tədarük edilən neftin dəyəri 8 milyard 436,314 milyon avro (20,2 % az) təşkil edib.

Ötən ilin 10 ayında Aİ ölkələri arasında Azərbaycandan ən çox neft idxal edən beş ölkə: İtaliya - 3 milyard 850,155 milyon avro (35,5 % az) dəyərində 6 milyon 388,527 min ton (35,2 % az), Çexiya - 1 milyard 326,088 milyon avro (32,6 % çox) dəyərində 2 milyon 153,096 min ton (32,7 % çox), Portuqaliya - 640,165 milyon avro (2,1 dəfə çox) dəyərində 1 milyon 42,404 min ton (2,1 dəfə çox), Almaniya - 754,152 milyon avro (49,1 % çox) dəyərində 1 milyon 245,466 min ton (48,8 % çox), Xorvatiya - 771,185 milyon avro (10,3 % çox) dəyərində 1 milyon 293,596 min ton (12,4 % çox).

Oktyabr ayında Aİ ölkələri Azərbaycandan 904,583 milyon avro (1,4 % az) dəyərində 1 milyon 635,452 min ton (24,3 % çox) neft idxal edib.

Azərbaycandan ən çox neft alan beş ölkə: İtaliya - 409,544 milyon avro dəyərində 733,195 min ton, Xorvatiya - 141,262 milyon avro dəyərində 261,953 min ton, Çexiya - 131,793 milyon avro dəyərində 230,071 min ton, Almaniya - 128,041 milyon avro dəyərində 236,052 min ton, Yunanıstan - 579,802 milyon avro dəyərində 124,804 min ton.

“Eurostat”ın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan təxminən 12,4 milyard avro dəyərində (18 % az) təxminən 20,3 milyon ton neft (2022-ci illə müqayisədə 2,6 % çox) idxal edib.

Son xəbərlər

Bütün Xəbər Lenti