Aİ ölkələri Azərbaycandan idxal etdikləri qazın həcmini və dəyərini açıqlayıblar
- 07 fevral, 2025
- 09:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan qaz idxalını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,2 % - 424,716 min teracoula (TC) qədər azaldıb.
Bu barədə “Report”a Avropa İttifaqının Statistika İdarəsindən (“Eurostat”) məlumat verilib.
Hesabat dövründə Aİ ölkələrinə Azərbaycandan idxal edilən qazın dəyəri 3 milyard 843,71 milyon avro (illik 32,8 % az) təşkil edib.
2024-cü ilin 11 ayında İtaliya Azərbaycandan 3 milyard 264,181 milyon avro dəyərində (29,4 % az) 353,312 min TC (29,4 % az), Yunanıstan və Bolqarıstan isə ümumilikdə 579,528 milyon avro dəyərində 71,404 min TC təbii qaz tədarük edib.
Noyabrda Aİ ölkələri Azərbaycandan qaz idxalını 6 % - 40,629 min TC-yə qədər azaldıb və bu məqsədlə 452,134 milyon avro (2023-cü ilin noyabr ayının göstəricisindən 1,6 % az) xərcləyib.
Bu dövrdə İtaliya 392,328 milyon avro dəyərində 34,08 min TC, Yunanıstan və Bolqarıstan isə ümumilikdə 59,805 milyon avro dəyərində 6,549 min TC Azərbaycan qazı alıb.
Qeyd edək ki, “Eurostat”ın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan 6,2 milyard avro dəyərində (illik 2,5 dəfə az) 492,9 min TC təbii qaz (2,5 % çox) idxal edib.