Agentlik: Günəş və külək enerjisi ilə bağlı proqnozlaşdırma imkanları genişləndirilir

Agentlik: Günəş və külək enerjisi ilə bağlı proqnozlaşdırma imkanları genişləndirilir Azərbaycan günəş və külək enerjisi ilə bağlı proqnozlaşdırma imkanlarını genişləndirir.
Energetika
4 Oktyabr , 2024 12:44
Agentlik: Günəş və külək enerjisi ilə bağlı proqnozlaşdırma imkanları genişləndirilir

Azərbaycan günəş və külək enerjisi ilə bağlı proqnozlaşdırma imkanlarını genişləndirir.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 5-ci günündə çıxışı zamanı bildirib.

"Bu gün bu məqsədlə "big data"lardan istifadə olunur. Bizim elektrik enerjisi ilə bağlı yeni yüklərimiz yaranır. Nazirlik olaraq biz milli mobillik strategiyası üzərində işləyirik. Tender elan olunub, konsaltinq şirkətləri ilə fəaliyyət həyata keçiririk. Bu sahədə proqnozlaşdırma tələb və təklifin müəyyən edilməsi üçün istifadə olunur. Süni intellektin enerji sahəsində də istifadəsi genişlənir. Bizdə böyük data bazası var. Həmin məlumatların emalı həyata keçirilir. Burada artıq müdaxiləni süni zəka həyata keçirir. Yəni süni zəka artıq data emalında iştirak edir. Digər tərəfdən Agentlik olaraq biz texnoloji materialların təminatını həyata keçiririk. Eyni zamanda dataların keyfiyyətli olmasına, təhlükəsizliyi təmin etməyə çalışırıq. Paralel olaraq təlimlər aparır, texniki nailiyyətləri inkişaf etdiririk", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi