ABŞ Energetika Nazirliyi “Brent” markalı neftin qiymət proqnozunu artırıb

ABŞ Energetika Nazirliyi “Brent” markalı neftin qiymət proqnozunu artırıb Bu barədə EIA-nın hesabatında deyilir
Energetika
12 Aprel , 2021 20:49
ABŞ Energetika Nazirliyi “Brent” markalı neftin qiymət proqnozunu artırıb

ABŞ Energetika Nazirliyi 2021-ci ildə “Brent” markalı neftin dəyər proqnozunu bir barel üçün 60,7 ABŞ dollarından 62,3 ABŞ dollarına qədər artırıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Agentliyinin (EIA) hesabatında deyilir.

Agentlik “Brent” markalı neftin qiymətlərinin ikinci rübdə 65 dollar/barelə çatacağını, 2021-ci ilin ikinci yarısında isə qiymətin orta hesabla bir barel üçün 61 ABŞ dollarına qədər düşəcəyini gözləyir. Nazirliyin qiymətləndirməsinə görə, 2022-ci ildə “Brent” markalı neftin bir barelinin qiyməti 60,5 ABŞ dolları səviyyəsində olacaq.

WTI markalı neftin qiyməti isə 2021-ci ildə bir barel üçün 58,9 ABŞ dolları, 2022-ci ildə isə 56,7 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

ABŞ Energetika Nazirliyi 2021-ci ilin mart ayında “Brent” markalı neftin orta qiymətinin 3 ABŞ dolları artaraq bir barel üçün 65 dollara çatdığını qeyd edib. Mart ayında neft qiymətlərindəki artım koronavirusa qarşı peyvəndləmə və artan iqtisadi aktivlik, habelə OPEC+in hasilatla bağlı məhdudiyyətlərinin ötən ay da saxlanması fonunda tələbatın artması gözləntilərini əks etdirir.

Son xəbərlər

Orphus sistemi