ABŞ dollarının zəifləməsi fonunda neft qiymətləri artıb

ABŞ dollarının zəifləməsi fonunda neft qiymətləri artıb ABŞ dollarının zəifləməsi fonunda neft bahalaşmaqda davam edir. Bu ticarət həftəsi ərzində “qara qızıl” qiymətləri ötən ilin oktyabrından indiyədək rekord səviyyədə artım nümayiş etdirib.
Energetika
27 Avqust , 2021 11:16
ABŞ dollarının zəifləməsi fonunda neft qiymətləri artıb

ABŞ dollarının zəifləməsi fonunda neft bahalaşmaqda davam edir. Bu ticarət həftəsi ərzində “qara qızıl” qiymətləri ötən ilin oktyabrından indiyədək rekord səviyyədə artım nümayiş etdirib.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09.41-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin noyabr fyuçersləri 1,28 % bahalaşaraq, 1 bareli 71,08 ABŞ dollarına, oktyabr fyuçerslərinin qiyməti isə 1,41 % qalxaraq, 1 bareli 72,07 ABŞ dollarına satılıb. "WTI" markalı neftinin oktyabr fyuçerslərinin qiyməti 1,39 % bahalaşaraq, 1 bareli 68,36 ABŞ dolları təşkil edib.

Həftə ərzində “Brent” nefti 8,9 %, WTI isə 9,55 % bahalaşıb.

İndeksi 0,07% azalaraq, 93 bəndə düşən ABŞ dollarının zəifləməsi da “qara qızıl”ın qiymətlərinin artmasına dəstək verir.

Son xəbərlər

Orphus sistemi