ABŞ-da gündəlik neft hasilatı artıb

ABŞ-da gündəlik neft hasilatı artıb OPEC-in hasilatı azaltması ilə ABŞ-da hasilatın artması amilləri neft bazarını tarazlıqda saxlayır
Energetika
26 Yanvar , 2017 09:57
ABŞ-da gündəlik neft hasilatı artıb

Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ-da gündəlik neft hasilatı 14-20 yanvar həftəsində 17 min barel və ya 0,2% artaraq 8,961 mln. barelə çatıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu məlumat ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi tərəfindən açıqlanıb. Bu göstərici ilə yanaşı hesabat həftəsində neft ehtiyatlarının 2,84 mln. barel artdığı bildirilir. Qeyd edək ki, proqnozlar neft ehtiyatlarının 1,466 mln. barel artacağını göstərirdi. Benzin ehtiyatları 0,9 mln. barel proqnoza qarşı 6,796 mln. barel, distillatlar isə 0,55 mln. barel azalma proqnozuna qarşı 0,076 mln. barel artıb.

"Report"un analitik qrupu bildirir ki, açıqlanan göstəricilərdən sonra "Brent" markalı neftin qiyməti bir qədər azalaraq 54,75 dollar/barelə ensə də, daha sonra yenidən 55 dollar/barel səviyyəsindən yuxarı qalxıb: "Neft qiymətlərinin ilk rübdə 50-60 dollar/barel diapazonunda qalacağı ehtimal edilir. Əmtəə bazarları iştirakçıları OPEC-in hasilatı azaltması ilə bağlı qərarları və ABŞ-da neft hasilatının artım sürətini müqayisə etdikdən sonra neftin gələcək qiyməti ilə bağlı hərəkətə keçəcəklər".

Son xəbərlər

Orphus sistemi