Yuxarı

Təhsil Nazirliyi: “Kids Studio” uşaq bağçası qeyri-qanuni fəaliyyət göstərir

Təhsil Nazirliyi: “Kids Studio” uşaq bağçası qeyri-qanuni fəaliyyət göstərir 506

Bakı. 11 iyun. REPORT.AZ/ "Bakı şəhərində fəaliyyət göstərən “Kids Studio” uşaq bağçası lisenziyasız - qeyri-qanuni fəaliyyət göstərir".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O qeyd edib ki, təhsil müəssisələrinin, o cümlədən bağçaların fəaliyyətinə dair lsenziyaların verilməsi "ASAN xidmət" tərəfindən həyata keçirilir: "Bu zaman Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinə uyğunluğu Təhsil Nazirliyinin ekspertləri tərəfindən yoxlanılır".

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçasında tərbiyəçilərin uşaqları döyməsi, onlara fiziki və psixoloji təzyiqlər göstərməsini əks etdirən videogörüntülər yayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi