Təhsil Nazirliyi Cəlilabad və Masallı rayonlarına mediatur təşkil edib

Təhsil Nazirliyi Cəlilabad və Masallı rayonlarına mediatur təşkil edib Bakı. 4 oktyabr. REPORT.AZ/ Təhsil Nazirliyi Cəlilabad və Masallı rayonlarına mediatur təşkil edib.
Elm və təhsil
4 Oktyabr , 2018 15:15
Təhsil Nazirliyi Cəlilabad və Masallı rayonlarına mediatur təşkil edib
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Təhsil Nazirliyi Cəlilabad və Masallı rayonlarına mediatur təşkil edib.

"Report" xəbər verir ki, mediaturun keçirilməsində məqsəd 5 oktyabr - Beynəlxalq Müəllimlər günü ərəfəsində yüksək balla cari tədris ilində işə qəbul olunan müəllimlərlə görüşmək, eləcə də bu bölgələrdə yeni inşa edilən modul tipli məktəblərlə tanış olmaqdır.

Əvvəlcə mediatur iştirakçıları Cəlilabad rayonunda yeni istifadəyə verilən Fərzili kənd ümumi orta məktəbi ilə tanış olublar.

Məktəbin direktoru Fuad Bəhramov bildirib ki, məktəb 7 sinif və 1 müəllimlər otağından ibarətdir: "73 şagirdin təhsil aldığı məktəbdə 19 müəllim çalışır. Müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən təhsil müəssisəsində 1 məktəbəhazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir. Ümumilikdə, Cəlilabad rayonunda artıq 5 modul məktəb istifadəyə verilib, 10 belə məktəb isə bu tədris ilində təhvil veriləcək".

Media tur Masallı rayonundakı məktəblərdə davam edib. 

Son xəbərlər

Orphus sistemi