Video əlavə olunub.
***19:58
Quba şəhərindəki
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək Prezident
Təhsil sistemində yeni yanaşma metodlarından və idarəetmənin təkmilləşdirilməsindən bəhs edən Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.
Sonra 2018-2019-cu tədris ili ərzində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabatları dinlənilib. Təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, müşavirədə 4 rayonun tədris, təlim və tərbiyə sahəsində gördüyü işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr geniş müzakirə olundu: "Rayonlararası əməkdaşlıq inkişaf etdirilir və rayonların bir-birindən öyrənmək təcrübəsi zənginləşdirilir. Amma bu işin təkmilləşdirilməsinə daha çox ehtiyac var".



