Şri-Lankanın Dubaydakı konsulluğu 3 tələbənin yanğında ölməsi ilə bağlı məlumatlandırılıb

Şri-Lankanın Dubaydakı konsulluğu 3 tələbənin yanğında ölməsi ilə bağlı məlumatlandırılıb Qərbi Kaspi Universiteti şri-lankalı 3 tələbənin Bakıda baş verən yanğında ölməsi barədə Şri-Lankanın Dubaydakı konsulluğunu məlumatlandırıb.
Elm və təhsil
10 Yanvar , 2020 15:34
Şri-Lankanın Dubaydakı konsulluğu 3 tələbənin yanğında ölməsi ilə bağlı məlumatlandırılıb

Qərbi Kaspi Universiteti şri-lankalı 3 tələbənin Bakıda baş verən yanğında ölməsi barədə Şri-Lankanın Dubaydakı konsulluğunu məlumatlandırıb.

Bu barədə “Report”a universitetdən bildirilib.

Şri-Lankanın Azərbaycanda diplomatik nümayəndəliyi olmadığına görə bu ölkənin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu ilə əlaqə saxlanılıb.

“Hadisə barədə konsulluğa məlumat vermişik", - Qərbi Kaspi Universitetindən bildirilib. 

Qeyd edək ki, yanvarın 10-da paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Nəticədə Şri-Lanka vətəndaşları olan 3 qız - Malsha Sandeepani, Tharuki Amaya, Tausi Jayavodi tüstüdən zəhərlənərək ölüb. Onlar Qərbi Kaspi Universitetinin tələbələri olub.

Son xəbərlər

Orphus sistemi