Şəhər və rayonlarda “Nəsimi İli”nə həsr olunmuş çempionat keçiriləcək

Şəhər və rayonlarda “Nəsimi İli”nə həsr olunmuş çempionat keçiriləcək Mayın 25-də Azərbaycanın bir sıra şəhər və rayonlarında “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun çempionatı keçiriləcək.
Elm və təhsil
24 Aprel , 2019 17:42
Şəhər və rayonlarda “Nəsimi İli”nə həsr olunmuş çempionat keçiriləcək

Mayın 25-də Azərbaycanın bir sıra şəhər və rayonlarında “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun çempionatı keçiriləcək.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.

Çempionat Bakı, Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Sumqayıt, Quba, Zaqatala, Göyçay şəhərlərində baş tutacaq.

Məktəb çempionatı ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçiriləcək.

Hər zona üzrə qalib çıxmış komanda Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Son xəbərlər

Orphus sistemi