Şamaxıda energetik effektiv məktəbin açılışı olub - FOTO

Şamaxıda energetik effektiv məktəbin açılışı olub - FOTO Şamaxı. 7 noyabar. REPORT.AZ/ Şamaxı rayonunda yeni tikilən məktəbin açılış mərasimi keçirilib.
Elm və təhsil
7 Noyabr , 2018 14:48
Şamaxıda energetik effektiv məktəbin açılışı olub - FOTO

Şamaxı. 7 noyabar. REPORT.AZ/ Şamaxı rayonunda yeni tikilən məktəbin açılış mərasimi keçirilib.

“Report”un Şirvan bürosunun məlumatına görə, məktəb Çexiya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən "Energetik effektiv məktəb" layihəsi çərçivəsində rayonunun Qaravəlli kəndində inşa edilib.

Məktəbin açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Çexiyanın təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Pridikova, Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert iştirak ediblər. 

"Energetik effektiv məktəb“ adlı layihənin əsas məqsədi Azərbaycan əyalətinin evlərində və ictimai binalarında enerjinin səmərəli istifadəsini təmin etməkdir. Eyni zamanda layihə çərçivəsində reallaşan tədbirlər uşaqların hazırlıq prosesinə və qənaət üzrə tədbirlərə daha çox cəlb olunmasına yönəlib. Layihəyə uyğun olaraq, dam örtüyünün dəyişdirilməsi tavanın istilik izolyasiyasının təmin olunması, içməli su üçün qurğunun quraşdırılması, mərkəzləşdirilmiş istilik sistemi, qazla işləyən qazanxana radiatorların quraşdırılması, qazanxanada və sanitar qovşağının havalandırma sisteminin təmin olunması həyata keçirilib. Bunun sayəsində binada enerjinin istifadəsi xeyli azalıb, şagird və müəllimlərin iş şəraitinin yaxşılaşdırılması təmin edilib.

Qeyd edək ki, Asəf Rəcəbli adına Qaravəlli kənd tam orta məktəbdə 220 şagird təhsil alır və onlardan 192 şagird I-XI sinif şagirdləri, 28 şagird isə hazırlıq kurslarındadır.

Son xəbərlər

Orphus sistemi