Məleykə Abbaszadənin Şabranda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Məleykə Abbaszadənin Şabranda vətəndaş qəbulunun vaxtı dəyişdirilib Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Elm və təhsil
16 İyul , 2019 15:19
Məleykə Abbaszadənin Şabranda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vətəndaş qəbulunun tarixi dəyişdirilib. 

Mərkəzdən "Report"a verilən məlumata görə, Şabran şəhərində keçirilməsi planlaşdırılan qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin iştirakı nəzərdə tutulur. 

Qəbul iyulun 23-ü saat 11:00-da Şabran şəhər Heydər Əliyev Mərkəzində (H.Əliyev pros., 60a) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Xaçmaz Regional Bölməsinə müraciət etmələri (əlaqə telelefonu: 023 325 01 21) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Şabran Rayon Təhsil Şöbəsinə də müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi