Məleykə Abbaszadə: "Təhsilin xarakterini dəyişib karyerayönümlü etmək lazımdır"

Məleykə Abbaszadə: "Təhsilin xarakterini dəyişib karyerayönümlü etmək lazımdır" Bakı. 20 dekabr. REPORT.AZ/ Təhsilin xarakterini dəyişib karyerayönümlü etmək lazımdır.
Elm və təhsil
20 Dekabr , 2018 11:15
Məleykə Abbaszadə: Təhsilin xarakterini dəyişib karyerayönümlü etmək lazımdır
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə / Report

Bakı. 20 dekabr. REPORT.AZ/ "Təhsilin xarakterini dəyişib karyerayönümlü etmək lazımdır".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.

O bildirib ki, abituriyentlər çox vaxt yalnız ali məktəbə qəbul olmaq üçün sənəd verirlər: "Onlar öz gələcək karyeralarını təsəvvür belə etmirlər. Onlar ancaq elə bilirlər ki, sosial uğur onların ali məktəbə qəbul olmalarıdır. Bu səbəbdən də təhsili karyerayönümlü etmək çox vacibdir".

M.Abbaszadənin sözlərinə görə, Azərbaycanda xeyli şəxs var ki, onlar məktəbi bitirəndən sonra təhsilini davam etdirmir: "Son 5 ilin mənzərəsinə baxsaq bu illərdə müsbətə doğru olan dəyişiklikləri görə bilərik. Məsələn, 2014-cü ildə 19 faiz 9-cu sinifdən məzun olan şagird sonra heç bir təhsil almayıb, təhsilini davam etdirməyib. Bu il isə belə məzunların sayı 14 faizdir. Deməli, 5 il ərzində 5 faiz azalma gedib. Artıq gənclər təhsilini davam etdirməyə daha çox maraqlandırlar. Digər bir statistikaya baxsaq, 2014-cü ildə 11-ci sinfi bitirənlər arasında 22 faiz təhsilini davam etdirməyib, yəni heç bir ali təhsil müəssisəsinə sənəd verməyib. 2018-ci ildə isə bu rəqəm 15 faizdir. Bu da onu göstərir ki, artıq gənclərdə təhsillərini davam etdirmək üçün motivasiya yaranıb".

M.Abbaszadə qeyd edib ki, xüsusilə ali təhsili karyera yönümlü istiqamətdə dəyişmək çox vacibdir: "Təbii ki, bu təhsilin məzmunundan asılıdır. Bu istiqamətdə bizim hələ kifayət qədər görmək üçün işlərimiz var".

Son xəbərlər

Orphus sistemi