Yuxarı

Məhəbbət Vəliyeva: "Nöqsanlara yol verən direktorları cəzalandırmaqdan çəkinmirik"

Məhəbbət Vəliyeva: "Nöqsanlara yol verən direktorları cəzalandırmaqdan çəkinmirik"

"Səmərəli fəaliyyət göstərən direktorlarımız çoxdur. Amma nöqsanlara yol verən direktorları da cəzalandırmaqdan çəkinmirik. Nöqsanlara yol verən direktorla bağlı məlumat daxil olarsa, bununla bağlı müvafiq addımlar atılacaq".

"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məktəb direktoru həm təsərrüfata rəhbərlik edir, həm də gənc nəslin təlim-tərbiyəsi prosesini idarə edir və ona cavabdehlik daşıyır: "Direktor öz fəaliyyətini ölkəmizin qanunlarına uyğun qurur. Hər hansı direktor işlədiyi müəssisədən asılı olmayaraq əgər idarəetmədə qanunlara istinad etmirsə, qanunun və mövcud qaydaların tələblərini pozursa, Təhsil Nazirliyi bu barədə qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar atır, intizam tənbehləri, hətta işdən kənarlaşdırma tədbirləri də həyata keçirir. Bu mənada məktəb böyük müəssisədir və məktəbdaxili münasibətləri idarə etmək asan deyil. Amma məktəb direktoru üzərinə düşən məsuliyyəti başa düşməlidir".

M.Vəliyeva bildirib ki, Təhsil Nazirliyi məktəblərin idarə olunmasına ciddi şəkildə nəzarət edir: "Düşünürəm ki, hər bir məktəb direktoru məsuliyyətini yaxşı dərk etməlidir. İstər şagirdlərin sağlamlığının, təhlükəsizliyinin qorunması, istərsə də sağlam psixoloji mühitin, məktəb-valideyn münasibətlərinin yaradılmasının vacibliyini başa düşüb işini bu müstəvidə qurmalıdır. Bizim də tələbimiz bundan ibarətdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi