Yuxarı

Gürcüstanın azərbaycandilli məktəbləri üçün yeni dərsliklər nəşr olunacaq

Gürcüstanın azərbaycandilli məktəbləri üçün yeni dərsliklər nəşr olunacaq

2019-2020-ci tədris ilində Gürcüstanın azərbaycandilli məktəbləri üçün yeni dərsliklər nəşr olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən “Batumelebi” nəşrinə bildiriblər.

Nazirliyin Məktəbəqədər və ümumi təhsilin inkişafı departamentinin sədr müavini Eka Lecava bildirib ki, dərsliklər I-VI sinifləri əhatə edəcək.

Onun sözlərinə görə, həmin dərsliklər yeni milli plana uyğun hazırlanıb: “Qeyri-gürcü dilli məktəblər üçün dərsliklər üç - Azərbaycan, erməni və rus dillərində nəşr olunacaq. Gürcü dili və ədəbiyyatı dərsliyi də yenilənəcək”.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi dərsliklərin nəşri ilə bağlı artıq tender elan edib. I-VI siniflər üçün 1 817 800, VIII-XII siniflər üçün 355 160 kitab və iş dəftərlərinin nəşrinə, ümumilikdə, 7 milyon 790 239 lari xərclənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi