Yuxarı

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı azalıb

​Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı azalıb

Tbilisi. 1 mart. REPORT.AZ/ Hazırda Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 124 nəfər təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycan vətəndaşlarının 470-i dövlət, 1 654-ü isə özəl universitetlərdə oxuyur.

İllik müqayisədə qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 578 nəfər azalıb. 2017-2018-ci tədris ilində Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 702 nəfər olub.

Ötən ilki tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşlarının sayı isə 14 nəfər təşkil edib. Onların hamısı özəl ali məktəblərin tələbəsi olub. Builki tədris ilində isə Azərbaycanın nə dövlət, nə də özəl universitetlərində Gürcüstan vətəndaşı təhsil alır.

Gürcüstanın ali məktəblərində ümumilikdə, 12 234 xarici tələbə oxuyur. Onların 4 236-sı dövlət, 7 998 nəfəri isə özəl üniversitetlərdə təhsil alır. Əcnəbi tələbələr arasında Hindistan vətəndaşları 5 830 nəfərlə birinci yeri tutur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi