Yuxarı
    Bağlamaq

    Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı keçiriləcək

    © Report

    Bakı. 23 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) sabah dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

    Mərkəzdən "Report"a verilən məlumata görə, imtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.

    İmtahan keçmiş Bakı Asiya Universitetinin binasında olacaq və kompüter vasitəsilə aparılacaq. 

    İmtahana 59 namizəd qeydiyyatdan keçib. Onlar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    - şəxsiyyəti təsdiq edən sənədin əsli;

    - “İmtahana buraxılış vərəqəsi";

    Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

    Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilən vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi