Dilçilik İnstitutu: Nazirlik və digər qurumlar ədəbi dillə bağlı məsələləri Monitorinq Mərkəzi ilə razılaşdırmalı olacaqlar

Dilçilik İnstitutu: Nazirlik və digər qurumlar ədəbi dillə bağlı məsələləri Monitorinq Mərkəzi ilə razılaşdırmalı olacaqlar Bakı. 23 noyabr. REPORT.AZ/ “Bütün nazirlik və qurumlar ədəbi dillə bağlı məsələləri “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxslə razılaşdırmalı olacaqlar”.
Elm və təhsil
23 Noyabr , 2018 11:48
Dilçilik İnstitutu: Nazirlik və digər qurumlar ədəbi dillə bağlı məsələləri Monitorinq Mərkəzi ilə razılaşdırmalı olacaqlar
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ “Bütün nazirlik və qurumlar ədəbi dillə bağlı məsələləri “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxslə razılaşdırmalı olacaqlar”.

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

O bildirib ki, Monitorinq Mərkəzi dil nazirliyi funksiyasını yerinə yetirəcək: “Azərbaycanda ədəbi dillə, ümumiyyətlə, dillə bağlı görünən-orfoqrafik və eşidilən-orfoepik nə varsa hamısı o mərkəzdən qaynaqlanmalıdır. Azərbaycan dili ilə bağlı kitab, dərslik, braşur, dərmanların içlikləri, reklamların dili və s. nə varsa, hamısı mərkəzlə razılaşdırılmalıdır. Mərkəzin üstün tərəfi odur ki, Dilçilik İnstitutunun Monitorinq şöbəsindən fərqli olaraq qərar vermə səlahiyyəti olacaq. Təsir etmə səlahiyyəti olmasa və Monitorinq şöbəsi kimi nəticələri tövsiyyə xarakterli olsa, iş nəticə verməyəcək”.

Şöbə müdiri qeyd edib ki, mərkəzin Dövlət Dil Komissiyasının tərkibində fəaliyyət göstərməsi müsbət haldır və mərkəzə üstünlük qazandırır: “Çünki Dövlət Dil Komissiyasının sədri Prezident İlham Əliyevdir və komissiyada görkəmli dilçilər təmsil olunur”.

S.Əliyeva həmçinin qeyd edib ki, Monitorinq Mərkəzinin “Qaynar xətt”i də olacaq: “Qaynar xətt insanların suallarına operativ olaraq cavab almalarına, problemlər barədə birbaşa məlumat vermələrinə yardım edəcək”.

Son xəbərlər

Orphus sistemi