Dövlət Dil Komissiyasının üzvü: "Monitorinq Mərkəzi "Dil nazirliyi” funksiyalarını həyata keçirəcək"
Dövlət Dil Komissiyasının üzvü: "Monitorinq Mərkəzi "Dil nazirliyi” funksiyalarını həyata keçirəcək"Bakı. 7 noyabr. REPORT.AZ/ Mətbuat və nəşriyyatlar üzərində monitorinqi daha ardıcıl və sistemli şəkildə qurmağa, aparılan müzakirələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılmasına, irəli sürülən təkliflərin həyata keçirilməsinin təmin edilməsi üçün əlavə tədbirlərə ciddi ehtiyac var.
Bakı. 7 noyabr. REPORT.AZ/ "Mətbuat və nəşriyyatlar üzərində monitorinqi daha ardıcıl və sistemli şəkildə qurmağa, aparılan müzakirələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılmasına, irəli sürülən təkliflərin həyata keçirilməsinin təmin edilməsi üçün əlavə tədbirlərə ciddi ehtiyac var".
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, bu baxımdan Prezident fərmanında nəzərdə tutulan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması və qurumun işinin normal səviyyədə təşkili mətbuat və nəşriyyat işi sahəsində, reklam bazarında dil faktorlarına münasibət üzrə ardıcıl, sistemli və professional nəzarətin həyata keçirilməsi baxımından faydalı olacaq: "Bu, bir qədər obrazlı şəkildə desək, bir sıra müstəqil dövlətlərdə tətbiq olunan "Dil nazirliyi” funksiyalarını həyata keçirəcək".
"Prezident İlham Əliyevin imzaladığı fərmanda Monitorinq Mərkəzinin qarşısında duran əsas vəzifələr də konkret olaraq müəyyənləşdirilmişdir: dövlət dilinin tətbiqinə nəzarət etmək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etmək. Ümumiləşmiş şəkildə ifadə olunmuş bu vəzifələr kütləvi informasiya vasitələrinin dili üzərində nəzarəti təmin etməklə bərabər, bütövlükdə ölkəmizdə dövlət dili siyasətinin həyata keçirilməsinin məsuliyyətli və şərəfli vəzifələrinin reallaşdırılmasına geniş üfüqlər açır. Bu baxımdan yanaşdıqda hazırkı mərhələdə bir sıra mühüm vəzifələrin yerinə yetirilməsinə ehtiyac yaranmışdır", - o bildirib.