DİM sədri: "Hər hansı dövlət qurumunda işləyən şəxs başqa quruma keçməyə maraqlı olmur"

DİM sədri: "Hər hansı dövlət qurumunda işləyən şəxs başqa quruma keçməyə maraqlı olmur" Hazırda dövlət qulluğu ilə bağlı daha çox müraciət aşağı pillədə olan vəzifələrədir. Çünki orda iş stajı tələb olunmur. İşaxtaranlar da əsasən ilk dəfə işləmək istəyənlərdir. Ona görə də həmin imtahanlarda kütləvilik təmin olunur.
Elm və təhsil
5 Dekabr , 2019 13:51
DİM sədri: Hər hansı dövlət qurumunda işləyən şəxs başqa quruma keçməyə maraqlı olmur
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə / Report

"Hazırda dövlət qulluğu ilə bağlı daha çox müraciət aşağı pillədə olan vəzifələrədir. Çünki orda iş stajı tələb olunmur. İşaxtaranlar da əsasən ilk dəfə işləmək istəyənlərdir. Ona görə də həmin imtahanlarda kütləvilik təmin olunur".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, müəyyən rəhbər vəzifələrə sənəd vermək üçün müəyyən tələblər var: "Misal olaraq, iş stajı və ya rəhbər iş stajı. Belə insanlar çox azdır ki, iş stajı 10 il olsun və ya rəhbər vəzifə stajı 5 il olsun. Ona görə də belə vakansiyalar azdır. Səhv etmirəmsə ölkə üzrə AA1 vəzifə qrupu üzrə üzrə cəmi 8 vakansiya var".

DİM sədri qeyd edib ki, yuxarı səviyyədə olan imtahanlarda ilkin tələb kimi iş stajı tələb olunduğundan müraciətlərin sayı azdır: "Bir qurumda işləyən şəxslər daxili müsahibə elanı ilə vəzifələrini artıra bilirlər. Ona görə də onlar imtahan verməkdənsə, daxili müsahibəni seçirlər. Hər hansı bir dövlət qurumunda işləyən başqa quruma keçməyə maraqlı olmur. Çünki onlar öz qurumlarında yüksəlmək istəyində olur".

Məleykə Abbaszadə təəssüf hissi ilə vurğulayıb ki, dövlət qulluğunda karyera bələdçi proqramı iki ildən çoxdur istifadəyə verilməsinə baxmayaraq görünən odur ki, hələ də proqramdan istifadə edən yoxdur: "Ya biz maarifləndirmə işini düzgün apara bilmirik, ya da insanlar hələ buna hazır deyil". 

Son xəbərlər

Orphus sistemi