Təhsil naziri Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planını təsdiqləyib

Təhsil naziri Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planını təsdiqləyib Bakı. 18 fevral. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.
Elm və təhsil
18 Fevral , 2019 13:11
Təhsil naziri Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planını təsdiqləyib
Ceyhun Bayramov

Bakı. 18 fevral. REPORT.AZ/ Təhsil naziri Ceyhun Bayramov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.

"Report" xəbər verir ki, Tədbirlər Planına əsasən, 2019-cu il ərzində ali təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elm konfrans, simpozium və seminarların keçirilməsi, dahi şairin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların nəticələrinin elmi jurnallarda dərc olunması nəzərdə tutulur.

Həmçinin təhsil müəssisələrində İmadəddin Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgilər təşkil olunacaq.

Bununla yanaşı, il ərzində ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr və müsabiqələr keçiriləcək.

Son xəbərlər

Orphus sistemi