Bu il üçün fəsillərin daxilolma vaxtları açıqlanıb
Elm və təhsil
- 07 yanvar, 2020
- 06:01
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtlarını açıqlayıb.
Rəsədxanadan "Report"a verilən məlumata görə, bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.
İyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.
Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.
Son xəbərlər
09:50
Azərbaycanda 4 ayda büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb
Maliyyə09:50
Məcnun Məmmədov: "Ötən il fermerlər 280 milyon manatdan çox əkin subsidiyası alıb"
ASK09:49
Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib
İKT09:45
"Güzəştli mənzil" sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanılıb
İnfrastruktur09:44
Azərbaycan nefti ucuzlaşıb
Energetika09:39
Video
Keniyanın "TV47" telekanalı Ağdamda minatəmizləmə prosesini işıqlandırıb
Qarabağ09:35
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
Biznes09:30
Foto
Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
ASK09:29