Bakı məktəblərində “Nəsimi İli” çərçivəsində keçiriləcək tədbirlər planı təsdiqlənib

Bakı məktəblərində “Nəsimi İli” çərçivəsində keçiriləcək tədbirlər planı təsdiqlənib Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə” əmri imzalayıb.
Elm və təhsil
27 Fevral , 2019 10:10
Bakı məktəblərində “Nəsimi İli” çərçivəsində keçiriləcək tədbirlər planı təsdiqlənib

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə” əmri imzalayıb.

"Report" xəbər verir ki, müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planında “Nəsimi İli” çərçivəsində sinif təşkilat saatlarının, disput, “dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur.

Həmçinin İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecələr, müsabiqələr keçiriləcək. Şairin 650 illik yubileyi ilə əlaqədar bülleten, divar qəzetləri, fotostendlər və bukletlər hazırlanacaq.

Təhsil müəssisələrində İ.Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgiyə baxış keçiriləcək, məktəb kitabxanalarında böyük şairin əsərlərinin oxusu və müzakirəsi aparılacaq.

Bundan əlavə, yuxarı sinif şagirdləri arasında böyük şairin 650 illik yubileyinə həsr olunan “Ən yaxşı təqdimat müsabiqəsi”, təhsil işçilərinin elmi konfransı və “Şeir, incəsənət və mənəviyyat” festivalı təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi