Yuxarı

Türk Akademiyasının prezidenti: "Böyük türk atlası hazırlanır"

Böyük türk atlası hazırlanır

"Türk xalqlarının ortaq coğrafiyası və ədəbiyyatı ilə bağlı kitab hazırlanır". 

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Beynəlxalq Türk Akademiyasının (TVESCO) prezidenti Darxan Kıdırali deyib. 

"Türk xalqlarının ortaq tarixi kitabını hazırlamışıq. Bu, Təhsil nazirləri arasında əldə olunan razılıq əsasında həyata keçirilib. Bu kitab orta məktəblərdə tədris olunmaq üçün nəzərdə tutulub. Hazırda türk xalqlarının ortaq coğrafiyası və ədəbiyyatı kitabları hazırlanır. Bu ənənəni davam etdirərək bundan sonra türk xalaqlarına məxsus ortaq kitablar nəşr edəcəyik", - o bildirib. 

D.Kıdırali həmçinin böyük türk atlasının da üzərində işlənildiyini söyləyib: "Toponim atlası" adlı kitab hazırlanır. Kitabda qədim dövrlərdən bəri tarixin müxtəlif zamanlarında türk dövlətlərinin mövcud olduqları ərazilərin xəritələri yerləşdiriləcək. Səlcuqilər, Səfəvilər, yaxud Osmanlı dövlətlərinin hansı əraziləri əhatə etdikləri bu xəritələrdə göstəriləcək. Kitaba Ağqoyunlular, Qaraqoyunlular və digər türk dövlətlərinin tarixi ilə birlikdə əraziləri də göstərilən xəritələr daxil ediləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi