Yuxarı
    Bağlamaq

    BANM-də “İnformasiya təhlükəsizliyi” ixtisası “İlin ixtisası” olub

    Dinlə

    Bakı. 17 sentyabr. REPORT.AZ/ “İlin ixtisası” bu il Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisası olub. 

    Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə BANM-də ilk təfə tədris olunacaq bu ixtisasın orta balı 694 bal olub. İxtisas üzrə minimal keçid balı 685 baldır və bu ölkənin ən yüksək keçid balı hesab olunur.

    “İnformasiya təhlükəsizliyi” ixtisasında 6 nəfər 700 ballı tələbə, 13 nəfər Prezident təqaüdçüsü təhsil alacaq.

    Ali Məktəb “İnformasiya təhlükəsizliyi” ixtisasında “Şəbəkə təhlükəsizliyi”, “Sistem proqramlaşdırma”, “Sistemdə olan təhlükəsizliklərin test edilməsi”, “ Verilənlər bazasının təhlükəsizliyi”, “ Multiagent sistemlərin təhlükəsizliyi”, “Barmaq izlərinin tanınması” və s. kimi fənlərin tədrisi planlaşdırılır.

    Qeyd edək ki, “İlin ixtisası” artıq ikinci dəfədir ki, Bakı Ali Neft Məktəbinə aiddir. Keçən il bu status Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” (PAM) ixtisasına aid olmuşdu. Belə ki, PAM-da 2017-ci ilin qəbul imtahanlarının nəticələrinə görə orta bal 691 olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi