Bakıda “DevEducation” kolleci açılıb

Bakıda “DevEducation” kolleci açılıb Bu gün Bakıda beynəlxalq “DevEducation” İT kolleclər şəbəkəsinə aid təhsil müəssisəsi açılıb.
Elm və təhsil
18 Sentyabr , 2019 15:47
Bakıda “DevEducation” kolleci açılıb

Bu gün Bakıda beynəlxalq “DevEducation” İT kolleclər şəbəkəsinə aid təhsil müəssisəsi açılıb.

“Report” xəbər verir ki, internet sahəsilə bağlı bir neçə şirkətlə tərəfdaşlıq əlaqəsində olan şəbəkəyə məxsus liseyin “Rusel Plaza”dakı ofisində keçirilən tədbirdə 20-dən artıq iştirakçı olub.

“DevEducation” kolleclər şəbəkəsinin xarici əlaqələr üzrə direktoru Dmitri Driqaylo bildirib ki, dünya dəyişdikcə hər birimiz bununla ayaqlaşmalıyıq: "Yaşa dolarkən daha çox imkanları əldən veririk, halbuki yeni imkanlardan bəhrələnərək yeni-yeni bacarıqlara yiyələnmək, öz bazar qiymətini artırmaq lazımdır. Biz sizə belə imkan yaradırıq. İT sahəsini öyrənin, peşəkarlaşın. İş tapmaqda da sizə kömək edəcəyik”.

Qeyd edək ki, 2017-ci ildən bir sıra ölkədə fəaliyyət göstərən qeyri-kommersiya layihəsi “DevEducation”un qərargahı İsrailin paytaxtı Təl-Əvivdə yerləşir. Bakıdakı yeni kollecdə dərslər 30 sentyabr tarixindən etibarən QA (proqram məhsulunun sınağı), FrontEnd (saytlar vb. interfeyslərin yaradılması), Mobile Development (mobil əlavələrin yaradılması) tədris proqramları əsasında 3-4 ay ərzində keçiriləcək. Tədrisi başa vuran müdavimlər beynəlxalq İT şirkətlərində iş yeri qazanmaq üçün müsahibədə iştirak edə biləcəklər. Həmçinin bütün tələbələr kollecin tərəfdaşı olan şirkətlərdən təhsil haqqının 85 faizi məbləğində qrant alır.

Son xəbərlər

Orphus sistemi