Yuxarı
    Bağlamaq

    Bakı Ali Neft Məktəbi Çin Neft Universiteti ilə memorandum imzalayıb

    Dinlə

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin ilə iki ali təhsil müəssisəsi arasında tədris, mütəxəssis hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə əməkdaşlıq haqqında razılaşma imzalayıb.

    Ali Məktəbdən "Report"a verilən məlumata görə, ali təhsil müəssisəsinin əməkdaşlığı təhsil, elmi-tədqiqat və digər sahələri əhatə edəcək.

    BANM-ın rektoru Elmar Qasımov Çin Neft Universiteti (Pekin) ilə əməkdaşlıqdan məmnun olduğunu söyləyərək bildirib ki, hər iki ali təhsil müəssisəsinin elmi-tədris maraqları, həmçinin təhsil üzrə fəaliyyətləri bir-birinə uyğundur.

    Görüşdə Çin Neft Universitetinin (Pekin) prezidenti Zhang Laibin qeyd edib ki, iki universitetin elmi-tədqiqat və tədris fəaliyyəti üzrə əməkdaşlığı hər iki tərəf üçün faydalı olacaq, həmçinin, bağlanmış müqavilə gələcək əməkdaşlıq və birgə inkişafda çox böyük rola malik olacaq.

    Razılaşmaya əsasən, BANM və Çin Neft Universiteti (Pekin) tədris və tədqiqat fəaliyyətlərinin həyata keçirilməsi üçün tələbələrin bakalavr və magistr səviyyəsində mübadiləsini, həmçinin, elmi fəaliyyət və təhsil prosesi üzrə təcrübə mübadiləsini həyata keçirəcək.

    Görüşdə həmçinin ümumi tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə mütəxəssis və tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi, hər iki ali təhsil müəssisəsi tərəfindən təşkil olunan elmi iclaslarda və konfranslarda iştirak, elmi məqalələrin mübadiləsi, monoqrafiyaların, dərsliklərin, tədris materiallarının və elmi məqalələrin birgə hazırlanması məsələlərində razılığa gəlinib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi