Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sofiyada Bolqarıstanın təhsil və elm naziri Krasimir Vılçev ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə tərəflər arasında “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bolqarıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.