Duman müşahidə olunub, dağlıq rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Duman müşahidə olunub, dağlıq rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA Faktiki hava açıqlanıb
Ekologiya
24 Yanvar , 2025 09:23
Duman müşahidə olunub, dağlıq rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 24-ü saat 9:00-a olan məlumatına əsasən hava şəraiti ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı olub.

Belə ki düşən yağıntının miqdarı Şamaxıda 4, Qobustan, Altıağac, İsmayıllıda 3, Şəki, Oğuz, Şahbuz, Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Qəbələdə 2 mm-dir.

Göyçay, Yevlax, Lerik, Şəmkir, Oğuz, Şamaxı, Qax, Şəki, Qobustanda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi