Yuxarı
    Bağlamaq

    Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək

    Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.

    Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib. 

    Qurultayda təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

    Qurultayda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Həmçinin qurultayda ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.

    Qeyd edək ki, müəllimlərin qurultayı ənənəvi olaraq beş ildən bir keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi