Yuxarı
    Bağlamaq

    AzTU-nun dekan müavini vəfat edib

    Qabil Haşımov uzun sürən xəstəlikdən dünyasını dəyişib

    Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma fakültəsinin tədris işləri üzrə dekan müavini Qabil Haşımov vəfat edib.

    "Report"un məlumatına görə, Q.Haşımov uzun sürən xəstəlikdən sonra 56 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Haşımov Qabil Bəxtiyar oğlu 15 iyul 1961-ci ildə Azərbaycan Respublikası, Oğuz rayonunun Padar kəndində anadan olub. 1978-ci ildə Oğuz rayonunun Padar kəndində orta məktəbini müvəffəqiyyətlə bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti (AzTU) ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasına qəbul olub. 1983-cü ildə AzTU-nun məzunu olan Q. Haşımov “Bakı Məişət Kondisionerləri Zavoduna” yüksəkixtisaslı kadr kimi təyin olunub. 1987-ci ilin sonunadək həmin zavodda müxtəlif vəzifələrdə işləyib. 

    1988-ci ilin əvvəlindən ölümünədək AzTU-nun “Texnoloji komplekslər və xüsusi texnika ” kafedrasında işləyib. Universitetdə fəaliyyət göstərdiyi 20 il müddətində həmin kafedrada mühəndis, baş mühəndis və müəllim vəzifələrində çalışıb. Q. Haşımov aktual mövzulardan biri olan “Rotasion kompressorunun funksional araboşluqlarının texnoloji təminatı” məsələləri üzrə böyük elmi araşdırma aparıb.

    Onun 59 elmi və tədris metodik işinin 56-sı çap olunub. Q.Haşımov elmi fəaliyyətlə bərabər universitetdə idarəetmə işlərində də aktiv fəaliyyət göstərib. O, əvvəllər Texnoloji maşınlar, daha sonra isə Maşınqayırma fakültəsinin dekan müavini olub.

    Ailəli idi. İki oğlu var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi