​Yaqub Mahmudov:" Vikipediya ensiklopediyasında Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur"

​Yaqub Mahmudov:" Vikipediya ensiklopediyasında Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur" “Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda konfrans keçirilib
Elm və təhsil
22 Aprel , 2016 17:56
​Yaqub Mahmudov: Vikipediya ensiklopediyasında Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur

Bakı. 22 aprel. REPORT.AZ/Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə "Report"a institutun mətbuat xidmətindən bildirilib.

Konfransda çıxış edən lahiyənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycanın dövlətçilik tarixindən, tarixi şəxsiyyətlərindən, tarixdə mövcud olmuş imperiyalarından danışıb. O, bildirib ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: “Azərbaycan xalqı dünya tarixində ən qüdrətli şəxsiyyətlər yetişdirmiş bir xalqdır. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb”.

Tarixçi-alim qeyd edib ki, Vikipediya ensiklopediyasında Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur.

“Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi”, - deyə AMEA-nın müxbir üzvü bildirib.

Yaqub Mahmudov çıxışında bildirib ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir.

Tarixçi-alimlər tərəfindən konfransda vurğulanıb ki, Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Azərbaycan Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparıblar.

Son xəbərlər

Orphus sistemi