TKTA sədri: "Bu il 10-dan artıq universitetin akkreditasiya prosesi bitəcək"

TKTA sədri: "Bu il 10-dan artıq universitetin akkreditasiya prosesi bitəcək" "Bu ilin sonuna kimi 10-dan artıq universitetin akkreditasiya prosesi bitəcək".
Elm və təhsil
7 Fevral , 2023 15:43
TKTA sədri: Bu il 10-dan artıq universitetin akkreditasiya prosesi bitəcək

"Bu ilin sonuna kimi 10-dan artıq universitetin akkreditasiya prosesi bitəcək".

“Report” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib.

O bildirib ki, yeni meyarlar 7 istiqaməti müəyyən edir: "Hazırda bir neçə universitetin yeni meyarlarla akkreditasiya prosesi davam edir və bir çoxunda işlər yekunlaşıb. Proses davam etdiyinə və hələ heç bir ali təhsil müəssisəsi akkreditasiya şəhadətnaməsi almadığına görə indidən hansının yeni meyarlara uyğun olub-olmaması barədə danışmaq tezdir. İşlər bitdikdən sonra yekun hesabat hazırlanaraq ictimaiyyətə təqdim olunacaq".

Ü.Səttarova həmçinin əlavə edib ki, akkreditasiyadan keçməyən universitetlərə fəaliyyət göstərmələri üçün şərti iki il möhlət verilir: "Həmin müddətdə qəbul dayandırılır. Sonra yenidən komissiya göndərilir. Lakin yenə də akkreditasiyadan keçməyəndə o zaman universitetin fəaliyyəti tamamilə dayandırılır".

Son xəbərlər

Orphus sistemi