Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sənəd qəbulu 12-26 iyul tarixlərində həyata keçirilib.
Transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1548 müraciət qeydə alınıb.
Onlardan 15 nəfəri magistratura səviyyəsindən, 158 nəfəri xaricdə yerləşən ali təhsil müəssisəsindən, 145 nəfəri orta ixtisas təhsili müəssisəsindən, nəfəri isə 1230 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.
Nəticələrin avqust ayında elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.