Tələbələrin ali məktəblərdə qeydiyyatının vaxtı uzadılıb
- 24 avqust, 2015
- 12:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 avqust. REPORT.AZ/ Ali məktəblərin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsinə qəbul olan tələbələrin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatının vaxtı uzadılıb. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməyindən məlumat verilib.
Məlumata görə, tələbələr avqustun 27-i saat 17:00-dək sənədlərini daxil olduqları universitetlərə təqdim edə bilərlər.
Tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqlar təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
TQDK-dan bildirilib ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.